Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı məktəblərində Bilik Günü qeyd edilib

0

  • 15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Xocalininsesi.az xatırladır ki, 2004-cü ilə qədər Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi.Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Beləliklə, həmin gün Bilik Günü kimi qeyd olunub. Qeyd edək ki, 2023/2024-cü tədris ilində ümumilikdə 1,6 milyon şagird təhsil alacaq. 114 484 şagird məktəbəqədər təhsilə cəlb olunacaq. 135 000 şagird birinci sinifdə təhsil alacaq. 80 273 şagird məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayonunun 12 ümumtəhsil ocağında isə 2023/2024-cü tədris ilində 1485 şagird təhsil alacaq. Birinci siniflərə 94 şagird qəbul edilib.Bilik Günü münasibətilə baş tutan tədbirlərə Xocalı rayon İcra Hakimiyyəti Aparatının, Qarabağ Regional Təhsil İdarəsi Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun əməkdaşları təhkim olunublar.Tədbirdə söz alan müəllimlər və valideynlər Bilik Günü ilə bağlı arzularını bölüşüblər.Xocalı şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə iştirak edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva 15 Sentyabr "Bilik günü" münasibəti ilə məktəbin müəllim və şagird kollektivini, həmçinin bütün birinci sinifə qədəm qoyan sagirdlərimizi, körpə balalarımızı rayon icra hakimiyyəti başçısı Şahmar Usubov adından təbrik edərək onlara uğurlar arzulayıb. Bilik Günü münasibətilə məktəblərdə ilk zəng çalınıb.Yeni tədris ilinin daha bir yeniliyi bütün məktəblərdə vahid məktəbli formasının tətbiqidir. Ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    xocalı məktəblərində bilik günü qeyd edilib

    Maraqlı gələ bilər
    78
    45